Ərdoğan Putinlə telefonla danışdı- Ukrayna və Suriyanı müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Ərdoğan və Putin ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar. Türkiyə prezidenti Rusiya dövlət başçısına qaz qovşağının tikintisinin yaxın vaxtlarda başa çatdırılması planları barədə məlumat verib.

Dövlət başçıları Suriyada nizamlanma planları barədə danışıblar. Ərdoğan Suriyanın şimalının terrorçulardan azad edilməsi üçün konkret addımların atılmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin bildirib ki, Suriya rəhbərliyi Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün siyasi addımlar atmalıdır.

Liderlər Ukraynanı da müzakirə ediblər. Ərdoğan növbəti dəfə Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə sona çatması və sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

İstirahət məkanlarında qiymətlər niyə bahadır?  

Sonrakı məqalə

Vasif Talıbovun şirkəti cərimələndi, protokol Naxçıvan məhkəməsinə göndərildi