Ərdoğan sabah Putin və Zelenski ilə Ukrayna məsələsini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalının efirində bildirib.

Kalının sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanması məsələlərini müzakirə etmək niyyətindədir.

Əvvəlki məqalə

Müharibə Ukraynaya 700 milyard dollar ziyan vurub

Sonrakı məqalə

Tovuz sakini özünü qatarın altına atdı, intihar etdi