Müharibə Ukraynaya 700 milyard dollar ziyan vurub

“Ukryanda hərbi əməliyyatlar başlayandan ölkə iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötür”.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Ukraynada Dünya Bankı ilə birlikdə bərpa üçün “ehtiyacların yoxlanılması”nın aparılması planlaşdırılır.

“Xatırladıram ki, iyunun əvvəlində bu rəqəm 350 milyard dollar zərər idi. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dollardan çoxdur”, – deyə D.Şmıqal bildirib.

Baş nazir qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsində ictimai binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub.

Daha əvvəl D.Şmıqal bəyan etmişdi ki, 2022-ci ildə Kiyev Qərb ölkələrindən 31 milyard dollardan çox pul alıb. (Gazeta.ru)

Əvvəlki məqalə

Ronaldo Ərəbistana gəldi, azarkeşlərə təqdim olundu –

Sonrakı məqalə

Ərdoğan sabah Putin və Zelenski ilə Ukrayna məsələsini müzakirə edəcək