Ərdoğan Soçiyə gəlib- Putinlə danışıqlar aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparmaq üçün Soçiyə gəlib”, – məlumatda qeyd olunur.

Putinin özü də artıq Soçidədir. Danışıqlar əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə aparılacaq. Bu, Rusiya və Türkiyə liderlərinin son 17 gündə ikinci görüşü olacaq.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinlə Ərdoğan Ukrayna və Suriyadakı vəziyyəti, hərbi-texniki əməkdaşlığı, İstanbul taxıl sazişinin icrasını, həmçinin enerji məsələlərini, ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Laçında üstünə qaya parçası düşmüş yaralı əsgər də vəfat etdi –

Sonrakı məqalə

“Təmir zamanı qazı bağlamaq unudulub”