Laçında üstünə qaya parçası düşmüş yaralı əsgər də vəfat etdi –İki hərbi qulluqçumuzu itirdik

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu da vəfat edib.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilirdi.

Əvvəlki məqalə

Bu il MDB üzrə Moskvada ən çox mənzil alan azərbaycanlılar olub

Sonrakı məqalə

Ərdoğan Soçiyə gəlib