“Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”- Çavuşoğlu

“Hazırda Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşşar Əsəd arasında telefon danışığına hazırlıq görüldüyünə dair iddiaları təkzib edərkən deyib.

O bildirib ki, yalnız xüsusi xidmət orqanları vasitəsilə danışıqlara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV iki ölkə başçısının telefon danışığı apara biləcəyini yazmışdı.

Əvvəlki məqalə

Şuşada abidələrə təhlükə yaradan işlərin dayandırılmasına əsas verən hallar açıqlanıb

Sonrakı məqalə

“Polkovnik Məmmədov Vətən müharibəsində yaralanmayıb”