Ərdoğanla Bayden Romada ayaqüstü görüşdü –FOTO

Bu gün İtaliyanın paytaxtı Romada iqtisadi baxımdan ən inkişaf etmiş 20 ölkənin G-20 sammiti işə başlayıb. Sammit iştirakçılarını İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.

NTV-nin xəbərinə görə, sammitdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ayaqüstü görüşü də olub. Bundan başqa, G-20 sammitində iştirak edən liderlər ailə şəkli çəkdiriblər.

G-20 sammitinin “Qlobal iqtisadiyyat və qlobal sağlamlıq” mövzulu panel iclasından sonra Türkiyə Prezidentinin İtaliyanın Baş naziri Mario Draqi ilə görüşünün olacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Romada keçiriləcək 16-cı G-20 sammitində iştirak etmək üçün dünən İatliyaya səfər edib.

G-20 sammitindən sonra Türkiyə Prezidenti noyabrın 1-2-də Şotlandiyada 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak üçün nın Qlazqo şəhərinə gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngəzur dəhlizi necə olacaq? –

Sonrakı məqalə

Dünya liderləri İtaliyaya toplaşıb –