Ərdoğanla Baydenin görüşündə Qarabağ müzakirə olunacaq?

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu ayın sonunda keçiriləcək görüş müzakirə olunur.

Azpost.info bildirir ki, bu barədə Türkiyənin yüksək rütbəli rəsmisi Röyter-ə bildirib.

Gündəmdə Türkiyə və Rusiya münasibətləri, ABŞ-ın silahları, Ukrayna və Suriyadakı münaqişələr var.

Qeyd edək ki, sentyabrın sonunda Ərdoğanın Vaşinqtona səfəri gözlənilir. Onun ABŞ-a səfəri sentyabrın 17-dən 22-dək davam edəcək.

Bayden və Ərdoğan sonuncu dəfə iyunun sonunda Madriddə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

 

Əvvəlki məqalə

Xırdalanda yaşayış binası yanır

Sonrakı məqalə

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək”