Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ərzaq böhranı Avropanın sanksiyaları ilə bağlı deyil” –

User 08 İyul 2022 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
borell

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ərzaq böhranını kəskinləşdirib. Cəmi 2 il ərzində dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı artıq iki dəfə artıb.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel G20-nin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı COVID-19 pandemiyasından əvvəl 135 milyondan idisə, 2022-ci ilin əvvəlində bu rəqəm 276 milyona, bu gün isə 323 milyona çatıb:

“1,2 milyard insan – dünya əhalisinin altıda biri – ərzaq, enerji qiymətlərinin artmasından, maliyyə şərtlərinin sərtləşməsindən ciddi şəkildə əziyyət çəkir. Vəziyyət daha da pisləşə bilər. Rusiya Ukrayna anbarlarında 20 milyon ton taxılı bloklayıb və qlobal bazara çıxmasına imkan vermir. Bu, təkcə Ukraynaya qarşı deyil, dünyanın ən həssas ölkələrinə qarşı ərzaqdan müharibə silahı kimi istifadə etmək cəhdidir”.

Borrel bildirib ki, Afrika bu böhrandan ən çox təsirlənən qitədir: “Bir çox ölkələr Rusiya və Ukraynadan gələn taxıl və gübrələrdən çox asılıdır. Bu ərzaq böhranı Avropanın sanksiyaları ilə bağlı deyil. Rusiyada kənd təsərrüfatı sektoru hədəf alınmayıb. Nə bizim sanksiyalarımız Rusiya kənd təsərrüfatı məhsullarının, gübrələrin idxalını, nə də Rusiya ixracına görə ödənişi qadağan edir. Böhrana tamamilə Rusiyanın hərəkətləri səbəb olub. O, dünyanın “çörək səbəti”ni işğal edib və Qara dənizin gəmiçilik zolaqlarını müharibə zonasına çevirib”.

Post navigation

Previous: Əflatun Amaşovun ilk romanının təqdimatı keçirilib – FOTO
Next: Azərbaycana 80 ölkədən heyvan ətinin gətirilməsinə qadağa qoyulub

Oxşar xəbərlər

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.