Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Əsassız ödənilən pensiya pensiyaçıdan yox, bunu edən məmurdan tutulmalıdır”

User 27 Dekabr 2022 - 14:08 (Last updated: 21 May 2025 - 20:15)
qudret bey

“Pensiyaçının günahı olmadan onun pensiyasının tutulması ədalətli deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüqyq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, pensiyaçı dövlət məmuru ilə hansısa əlaqəyə girib pensiya alıbsa, onun əlavə aldığı məbləğin hamısı, dövlətdən aldığı pullar geri alınmalıdır: “Amma bu vəsaitlərin pensiyaçılardan tutulması pensiyaçılar üçün ciddi problem yaradacaq. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə danışılsın və pensiyaçı orta aylıq əməkhaqqından çox alırsa, bu məbləğ ondan tutulsun. Az alırsa, o məbləğ bunu onun üçün təşkil edən dövlət məmurundan tutulmalıdır. Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar. Yəni o pul artıq ödənilibsə, artıq xərclənib. Bu güzəşti, amnistiyanı bir az da genişləndirməyə ehtiyac var”.

Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”.

Post navigation

Previous: Sankt-Peterburqda Putinlə Paşinyan arasında görüş başlayıb
Next: Azərbaycanda artıq hesablanmış pensiyaların həcmi açıqlanıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.