“Əvvəllər amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb” –ƏRDOĞAN

“Əvvəl amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb. Təəssüf ki, ABŞ terror təşkilatları ilə mübarizə aparmır, gözləniləndən də artıq dəstək verir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda, onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bibiheybətdə Bakı neftini qoruyan agent Ceyms Bond –

Sonrakı məqalə

Putin üçün internet –