“Əziz dost…”- Putin Si Cinpinə təbrik məktubu göndərdi

Rusiya prezidenti Vladimir Putin Si Cinpini yenidən Çin sədri seçilməsi münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, təbrik məktubu Kremlin saytında dərc olunub.

“Əziz dost, yenidən Çin Xalq Respublikasının Sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, biz birlikdə fəaliyyət göstərərək, müxtəlif sahələrdə səmərəli Rusiya-Çin əməkdaşlığının qurulmasını təmin edəcəyik. Biz regional və beynəlxalq gündəliyin ən mühüm məsələləri üzrə birgə işi koordinasiya etməyə davam edəcəyik”, – məktubda deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran, Astaranın payına düşür”

Sonrakı məqalə

Azərbaycanda heyvan xəstəliklərinə qarşı tədbirlər EKTİS-ə daxil ediləcək