1 milyard manat həcmində saxta pensiyalar ləğv edilib –Nazir Sahil Babayev açıqlama verdi

“Son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb. Bunun 300 mini özəl sektorun payına düşür”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ölkə üzrə əməkhaqqı fondu isə 83 % artıb: “Bunun özü də ölkədə leqallaşmanın nə dərəcədə həyata keçirilməsindən xəbər verir. Ümumilikdə bu gün DSMF-in gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcənin payı düzgün qurulur. DSMF-də gəlirlərin təminatı ilə yanaşı, xərclərin də şəffaflaşdırılması istiqamətində işlər görülür. Əsassız saxta pensiya işlərinin ləğv edilməsi istiqamətində silsilə işlər gedir. 2018-ci ildə 25,6 milyon, 2019-cu ildə 133,1 milyon, 2020-ci ildə 246,5 milyon, bu il isə 496 milyon manat əsassız pensiya ləğv edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qiymətlərin dəyişməsinə kimsə zəmanət verə bilər?” –

Sonrakı məqalə

Lukaşenko Avropa İttifaqını qazı kəsməklə hədələyib –