10 milyon toyuğu öldürdülər –SƏBƏB

Yaponiyanın İbaraki prefekturasında quş qripi ilə əlaqədar bu gün 930 min toyuq məhv edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Yanvarın 8-də rayonda xeyli quş tələf olub.

Laboratoriya tədqiqatları quş qripinin yüksək patogenli ştamını müəyyən edib. Bu, Yaponiyada soyuq mövsüm başlayandan bəri 56-cı epidemiyadır.

Ümumilikdə payız-qış mövsümü başlayandan 10 milyona yaxın toyuq məhv edilib. Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi fövqəladə vəziyyətlə əlaqədar təcili qərargah yaradıb.

Xəstəliklərin və vəhşi heyvanların təsərrüfatlara daxil olmasının qarşısının alınması sahəsində fermerlərə dəstək veriləcək.

Quş qripi artıq Yaponiyanın 23 prefekturasında qeydə alınıb.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə PUA-ları Qarabağda dünya müharibə qaydalarını dəyişdirdi” –

Sonrakı məqalə

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır