10 şəhər və rayon üzrə aztəminatlı şəxslərə 190 manat birdəfəlik ödəmə veriləcək

06 Noyabr 2020 - 15:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə  (Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz) işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.