11-ci mərtəbədən yıxılan 3 yaşlı uşaq sağ qalıb
Moskvanın cənubunda yaşayış binasının 11-ci mərtəbəsindəki pəncərədən yıxılan üç yaşlı uşaq sağ qalıb.
Bu barədə Moskva Prokurorluğunun “Telegram” kanalı məlumat yayıb.
“İlkin məlumata görə, martın 3-də böyüklərin nəzarətindən kənar qalan üç yaşlı uşaq Kaşirskoye şosedə yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Körpə xəstəxanaya aparılıb”, – deyə məlumatda bildirilib.
Faktla bağlı Moskva prokurorluğunda prosessual yoxlama aparılır. (TASS)
