Almaniyanın “Ramşteyn” aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın “Leopard 2” tankının tədarükü barədə razılığa gəlib.
Azpost.info xəbər verir ki, bu barədə ABC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Dövlətlərin nümayəndələri ağır silahların verilməsi üçün Almaniya hökumətinin təsdiqini yeganə şərt adlandırıblar.
Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah, hərbi texnika təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin istehsalçı ölkə kimi Almaniyadan lisenziya almadan Ukraynaya tank göndərə bilməzlər.
ABC telekanalına müsahibə verən ukraynalı rəsmi bildirib ki, Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın “Leopard 2”nin tədarükünə icazə verməsi üçün simvolik jestdir.
Azpost.info