Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda 40 il əvvəl 13 yaşında tələbə olan uşaq –

User 13 Dekabr 2023 - 10:27 (Last updated: 21 May 2025 - 20:15)
Студент Константин Славин

Студент Константин Славин

1983-cü ildə balaca Kostyanın adı bütün Azərbaycana səs salmışdı.

Azpost.info bildirir ki, 13 yaşlı Konstantin Slavin Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. Bu azyaşlı tələbə ilə bağlı xəbər o zaman böyük maraq doğurmuşdu.

K.Slavinin sonrakı həyatı necə olub?

Konstantin Slavin 1970-ci il 20 avqust tarixində Bakıda doğulub. Ana tərəfdən azərbaycanlı köklərə malikdir. Sovet dövründə beş yaşında birinci sinfə gedib.
Azərbaycan Dövlət Tibb İnstitutunda tələbə olub, təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb.

1994-95-ci illərdə ABŞ-da ümumi cərrahiyə üzrə təcrübə keçib.
Konstantin Slavin hazırda tanınmış neyrocərrah, İllinoys Universitetinin (ABŞ) professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir.
Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib.


Slavinin karyerasında mərhum prezident Heydər Əliyev unikal rol oynayıb. Onun sözlərinə görə, Tibb İnstitutunda ən gənc tələbə olduğu üçün təhsil müəssisəsi onu qəbul etməkdən çəkinib.
“Bu məsələdə Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyeviç mənim inkişafımın bir çox mərhələlərində iştirak edib. Mən bunu o illərdə dərk etmirdim. Onu iki dəfə görmüşəm. İlk dəfə birinci sinifdə Siyasi Büro üzvlərinə gül təqdim edəndə, ikinci dəfə onunla tibb tələbəsi kimi səhnədən danışdım. Yadımdadır, o, mənə o qədər maraqla baxırdı ki…”-deyə KİV-ə açıqlamasında bildirib.


Slavin ABŞ-da yaşasa da Azərbaycanı unutmur. İldə bir neçə dəfə Bakıya gəlir.
“Valideynlərim, dostlarım, qohumlarım hələ də Bakıda yaşayırlar. Fəxr edirəm ki, bakılıyam, bizim ailə həmişə Azərbaycan adət-ənənələrinə sadiq olub. Təbii ki, indi paytaxt başqa cür görünür: fərqli imic və yeni prioritetlər var. Amma mənim üçün həmişə uşaqlığımla bağlı olacaq. Azərbaycanda həmişə dəyişməz qalan insanların mehribanlığı və qonaqpərvərliyidir. Bakı mənim evimdir, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram”.

“Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər.Adi bir uşaq kimi böyütdülər”-deyə o bildirib.
Slavinin iki övladı var. Oğlu və qızı atalarının peşəsini davam etdirməyiblər. Oğlu San-Fransiskoda, qızı Vaşiqntonda yaşayır.

Slavin ABŞ, Rusiya, Avropa, Asiya, Latın Amerikası və Avstraliyadakı universitetlərdə və klinikalarda elmi mühazirələr oxuyur. 400 -dən çox elmi əsərin və nəşrin, 4 ixtiranın patentinin müəllifidir.

Azpost.info

 

Hörmətli oxucular,

Azpost.info saytı oxucularını saytın abunə və kraudfandiq-ianə kampaniyasında iştraka dəvət edir.

Saytda maraqlı hesab etdikləri araşdırmaların, müsahibələrin, özəl layihələrin altında göstərilmiş kart və ya bank hesabına 1 manatdan başlayan ianə və ya abunə məbləğini köçürə bilərlər.

Bir il üçün isə illik məbləğ 50 manatdır.

KapitalBank:

Kraudfandiq-ianə üçün:

Kart: 5239 1517 9209 9734

HESAB: AZ41AIIB400500C9445707054208

Azpost.info

 

Post navigation

Previous: Masallıda azyaşlı itkin düşüb
Next: Füzulidə azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb

Oxşar xəbərlər

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.