Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

1300-dən çox abituriyent hərbi liseylərə qəbul imtahanı verəcək

Orkhan Ali 17 İyul 2024 - 12:05 (Last updated: 21 May 2025 - 20:15)
kursant

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq imtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli;

-İmtahana buraxılış vərəqəsi.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Post navigation

Previous: Kadr böhranı yaşayan rus şirkətləri Afrikadan işçi axtarır
Next: “NATO Rusiya ilə mümkün hərbi əməliyyatlara hazırlaşır”

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İsrail parlamenti Knessetə keçirilən seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Lakin partiyalar arasında mandat bölgüsü dəyişməkdə davam...
Read more about İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.