“İctimai” TV-nin əməkdaşı

BİNADAN YIXILDI
12 Mart 2020 - 14:13

Bakıda “İctimai” televiziyasının binasında xoşagəlməz hadisə baş verib.

Lent.az -ın əldə etdiyi məlumata görə, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaşın 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbəri Mərkəzdən Lent.az -a təsdiqlədilər. Bildirilir ki, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.