Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

149 nömrəli marşrut xəttinin fəaliyyəti nəzarətə götürülüb

User 19 Aprel 2023 - 14:02 (Last updated: 21 May 2025 - 20:15)
1681893273678729666_1200x630

“BMH” MMC-nin müvəqqəti istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttinin (Sahil qəsəbəsi -20-ci sahə) fəaliyyəti nəzarətə götürülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, keçirilən monitorinqlər nəticəsində “BMH” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Aprelin 20-dən bu xətt üzrə daşımalar “BakuBus” MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Həmçinin 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi (“Sahil” metro stansiyası) təyin edilib. Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib. Bu dəyişiklik sayəsində ümumilikdə 50 min nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Post navigation

Previous: Çin Makronun Ukrayna ilə bağlı “sülh planı”nı şərh edib
Next: “Üçtərəfli saziş Qarabağda vəziyyətin həlli üçün yeganə əsasdır” –

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.