15 illik həbsdən çıxan oğul atasını və babasını öldürdü –

Gürcüstanda
08 İyul 2020 - 09:35

Gürcüstanın Mtsxeta şəhərində qətl hadisəsi törədilib.

Hadisə iki gün əvvəl baş verib. Dörd gün öncə həbsxanadan çıxan gənc ata və babasını gecə saatlarında yatdıqları yerdə soyuq silahla öldürüb.

Həmin şəxs qətl üstündə 15 il həbs cəzası çəkib. Hadisədən öncə o, ata və babası ilə mübahisə edib. Qətli törədəndən sonra isə hadisə yerindən qaçıb.

Faktla bağlı istinaq aparılır. Gəncin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.