Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“150 ilin söhbəti” kitabı işıq üzü görüb

User 05 İyun 2025 - 19:08 (Last updated: 05 İyun 2025 - 19:08)
n01

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabını nəşr edib.

BP şirkətinin dəstəyi ilə çap olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş auditoriyada kütləviləşdirilməsi, Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliğ edilməsi məqsədini daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə bədii əsərləri öz əksini tapıb.

“Ədibin Evi”ndə təqdim olunan kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

“Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd etmişdir ki, kitabda yer almış məqalələrin böyük bir qisminin media problemlərinin müxtəlif aspektlərini əhatə etməsi onun milli mətbuatın 150 illiyinə bir töhfə olması zərurətindən irəli gəlir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir.

“150 ilin söhbəti” kitabı milli mətbuat tarixi sahəsində sistemli yanaşmanı özündə əks etdirən publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkəti ölkənin həyatının müxtəlif sahələrinə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına da öz töhfəsini verir. Bu kitab da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələrinə və geniş oxucu auditoriyasına BP-nin hədiyyəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması barədə Sərəncam imzalamışdır.

 

AzPost.az

Post navigation

Previous: DİM narazılıq doğurmuş imtahan sualı ilə bağlı məlumat yayıb
Next: Cəlilabadda toyda döyülən qonaq ölüb

Oxşar xəbərlər

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.