Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi.