16 yaşında Nobel mükafatı almış hüquq müdafiəçisi Malala ailə qurub –FOTO

Nobel Sülh Mükafatı laureatı Məlalə Yusifzay Britaniyada Asir Malik adlı şəxslə ailə qurduğunu açıqlayıb. Britaniyada islam qaydalarına uyğun nikah mərasimi keçirilib.

Məlalə 2012-ci ildə qızların təhsili üçün təbliğat apardığına görə Pakistan Talibanı tərəfindən başından vurulmuşdu.

“Bu gün mənim həyatımda qiymətli gündür. Asirlə həyatımızı birləşdirdik”, – Məlalə noyabrın 9-da Twitter-də yazıb. O, özünün Maliklə və valideynləri ilə fotolarını da paylaşıb.

“Birminhemdəki evimizdə ailələrimizlə kiçik nikah mərasimi keçirdik. Bizə dualarımı göndərin. Birlikdə addımlayacağımız yolda həyəcanlıyıq”, – Yusifzay yazıb.

Tvit bir neçə saat ərzində 254 min bəyənmə qazanıb.

Malikin Twitter profilində onun Pakistan Kriket Şurasında biznes meneceri kimi çalışdığı yazılıb. O, iyulun 12-də Malala ilə fotosunu yerləşdirib, “ən füsunkar Məlalə” yazaraq onu 24 yaşı olması münasibətilə təbrik edib.

Pakistanlı insan haqları fəalı olan Məlalə 2012-ci ildə məktəb avtobusunda Təhriki Taliban Pakistan (TTP) silahlıları tərəfindən başından güllələnib. O, İslamın qızların təhsilə çıxışını məhdudlaşdırmasına dair təfsirinə qarşı çıxırdı. O vaxt 15 yaşı vardı.

Məlalə ölkəsində və xaricdə aylarla müalicə aldı. O, “Məlalə mənəm” adlı memuarın həmmüəllifidir.

Yusifzay 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Mükafat ona Hindistandan uşaq hüquqları fəalı Kailaş Satyarti ilə birlikdə verilib.

Malala ötən il İngiltərədəki Oksford Universitetindən fəlsəfə, siyasət və iqtisadiyyat üzrə dərəcə alıb. Məlalə Fondu vasitəsilə qızların təhsil hüququnu təbliğ edir. Fond 2017-ci ildə bəri Əfqanıstanda 1.9 milyon dollar yatırıb.

Apple TV+ ilə saziş imzalayan Yusifzay qadınlara və uşaqlar haqqında dram, sənədli filmlər hazırlayacaq.

 

https://twitter.com/Malala/status/1458128016157052938?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1458128016157052938%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.azadliq.org%2Fa%2Fmalala-aile-qurub%2F31554294.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olması proqnozlaşdırılır” –

Sonrakı məqalə

“Ayrılıq bir dənizdir…” Ölkədə ən çox ailə niyə 1990-cı ildə dağılıb?-