“Düşmənlərimizə yarınmağa çalışırlar, cavabımız sərt olacaq”- Rusiya Latviyanı hədələdi

Rusiya Latviya hökumətinin ölkələr arasında diplomatik münasibətlərin səviyyəsini aşağı salmasına sərt cavab vəd edib.

Azpost.info xəbər verir ki, bu barədə açıqlama Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Latviya hakimiyyəti “rusofobik xətt”ə sadiq qalaraq belə bir qərar verib. Riqa bu qərarla bağlı əsassız və düşünülməmiş arqumentlər gətirir və digər Baltikyanı ölkələrlə bədnam həmrəyliyini tamamilə fərqli şəkildə nümayiş etdirir. Bununla Rusiyanın ölkədən kənardakı qəzəbli “dostlarına” da yarınmağa çalışır”, – Rusiya XİN vurğulayıb.

Qeyd edək ki, Latviya 2023-cü il fevralın 24-dən – Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasının ildönümündən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq. Bu barədə dünən Latviya XİN rəhbəri Edqars Rinkeviç məlumat verib. Onun sözlərinə görə, qərar Estoniya ilə həmrəylik çərçivəsində verilib.

Rinkeviç qərarın səbəbi kimi Ukraynadakı münaqişəni göstərib.

Azpost.info

 

Əvvəlki məqalə

Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb

Sonrakı məqalə

Daha 59 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib