Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düz etmişik” –

User 16 Yanvar 2024 - 20:38 (Last updated: 21 May 2025 - 20:15)
Etibar Məmmədov

“Bütün hallarda 20 Yanvar hadisələri Azərbaycanda yeni bir milli ideyanın  – müstəqil milli dövlətçilik ideyasının formalaşmasına bir güclü təkan verdi və sonda bunu konkret olaraq formalaşmasına gətirib çıxardı…”

“Mən elə 20 Yanvar hadisələri ərəfəsində də o vaxtkı sovet imperiyasına qarşı öz mövqeyimi bildirmişəm. Və bu yalnız mənim mövqeyim olmayıb, bütün xalqın mövqeyi olub. On minlərlə insan küçələrə çıxıb, sovet imperiyasına qarşı öz etirazını bildiribsə və həmin hadisədən sonra Azərbaycanın müstəqillik qazanması bir milli ideyaya çevrilibsə, buna görə heç zaman peşiman olmaq olmaz”.
Bunu Moderator.az-a açıqlamasında “34 il öncə sovet imperiyası tərəfindən törədilmiş 20 Yanvar qətliamı ərəfəsində o dövrkü milli azadlıq hərəkatının fəalı kimi atdığınız hansısa addımla bağlı peşimançılıq çəkmirsiz ki; məsələn, filan addımı başqa cür atsaydım, daha doğru olardı?” sualını cavablandırarkən istiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib.
“Bəli, 20-30 il sonra, çox şeylər haqda demək olar ki, mən filan gün, filan saatda filan işi etməsəydim, hadisələr başqa cür inkişaf edərdi… Amma o dövrdə mən Moskva müstəntiqləri tərəfindən sorğu-suala çəkiləndə də soruşurdular ki, filan hərəkəti sən eləmisən, cavab verirdim ki, bəli, mən eləmişəm, özü də doğru etmişəm. Və arxivlərdə həmin istintaq, məhkəmə materialları da qalır. Yəni mən heç vaxt öz mövqeyimdən geri çəkilməmişəm… Bu gün də deyirəm ki, 1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düzgün edib, müqavimətə də haqqı var idi. Azərbaycana qarşı açıq təcavüz olmuşdu və xalqın da təcavüzə müqavimət göstərmək üçün yetərincə haqqı-hüququ vardır. Və  o vaxtkı sovet rəhbərliyi, Qorbaçov sübut eləməliydilər ki, biz, Azərbaycan xalqı olaraq hansı qanunu pozmuşuq və hansı cinayəti etmişik ki, üzərimizə qoşun yeridirlər”,- deyə davamında siyasətçi bildirib.
“İndiyədək Azərbaycanda Rusiyaya bağlı bəzi vəzifəli şəxslər tərəfindən 20 Yanvar qətliamına tamam başqa cür qiymət verməyə çalışanlar da oldu… Xalqı ruhdan salmaq istəyənlər də oldu. Ancaq bir şey var ki, bütün hallarda həmin hadisələr Azərbaycanda yeni bir milli ideyanın  – müstəqil milli dövlətçilik ideyasının formalaşmasına bir güclü təkan verdi və sonda bunun konkret olaraq formalaşmasına gətirib çıxardı”,- deyə istiqlalçı deputat vurğulayıb.

Post navigation

Previous: Rusiyanın məhv edilən kəşfiyyat təyyarəsində 10 pilot həlak olub
Next: Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb –

Oxşar xəbərlər

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.