“1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəmiz yoxdur” –ZELENSKİ

Ukrayna 1991-ci ildə olan sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəyə sahib deyil.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

“Başa düşürük ki, hazırda silah gücü ilə Rusiyanı 1991-ci ildə olan sərhəd xəttinə qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, Kiyev itirilmiş ərazilərdən imtina etmək niyyətində deyil, lakin köhnə sərhədlərə çatmağın mümkünsüzlüyünün fərqindədir.

Əvvəlki məqalə

Vəfat edən hərbi qulluqçumuz Naxçıvanda dəfn edilib

Sonrakı məqalə

BMT-nin Baş katibi Azərbaycana gəlib