2 milyon 389 min seçici seçki məntəqəsini ziyarət edib –

MSK saat 17-yə olan məlumatı açıqladı
09 Fevral 2020 - 18:08

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754 nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə növbəti – sonuncu məlumatı saat 19.00-da açıqlayacaq.