2 milyon 389 min seçici seçki məntəqəsini ziyarət edib –MSK saat 17-yə olan məlumatı açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754 nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə növbəti – sonuncu məlumatı saat 19.00-da açıqlayacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəy və gəlin seçki məntəqəsinə gəldi –

Sonrakı məqalə

Ən passiv dairə Sabunçu Seçki Dairəsi elan olundu –