Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

2 vəkilin fəaliyyəti dayandırılıb, 4-nə xəbərdarlıq edilib

User 08 Oktyabr 2025 - 17:05 (Last updated: 08 Oktyabr 2025 - 17:05)
vekiller kollegiya01

Oktyabrın 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. O, vəkil etikası və peşə borcuna sadiq qalacağına dair and içərək kollegiyanın sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi, eləcə də “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə yardımının verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətləri müzakirə olunaraq müsbət qərar qəbul edilib.

Eyni zamanda, “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin standart formasına “Xüsusi şərtlər” adlı yeni bölmənin əlavə olunması ilə bağlı müraciət müzakirə olunub. Nəzərə çatdırılıb ki, bu dəyişiklik vəkillə ona müraciət edən şəxs arasında bağlanan müqavilələrdə fərdi razılaşmaların daha aydın və şəffaf ifadə olunmasına, həmçinin hüquqi müəyyənliyin və müdafiənin gücləndirilməsinə xidmət edəcək.

Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, 1 vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4-nə xəbərdarlıq edilib və 1-nə isə töhmət verilib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

AzPost.az

Post navigation

Previous: Müsəlman qaydası ilə basdırılan kişinin ölümü rəsmən tanınmadı
Next: İmişlidə toyda 73 nəfərin nədən zəhərləndiyi açıqlandı

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.