20 ölkənin hərbi rəhbərliyi Ukraynaya dəstək üçün toplanacaq

Aprelin 26-da Almaniyanın “Ramşteyn” aviabazasında 20-dən çox ölkənin hərbi rəhbərliyinin iştirakı ilə Ukraynaya dair iclas keçiriləcək.

Azpost.info xəbər verir ki, “Washington Post” bunu Pentaqonun sözçüsü Con Kirbiyə istinadən yazıb. “İyirmidən çox ölkə gələn həftə Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək məşvərətçi görüşdə iştiraka razılaşıb. ABŞ və tərəfdaş ölkələrin müdafiə nazirləri və yüksək rütbəli zabitləri Ukraynaya uzunmüddətli yardımı müzakirə edəcəklər.

Ukraynalı hərbçilərə Rusiya ilə müharibədən sonra da daxil olmaqla, döyüşə hazır vəziyyətdə qalmaq üçün nələr lazım olduğu öyrəniləcək”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ müdafiə naziri Lloyd Ostində görüşün konkret nəticələri və ABŞ-ın Ukraynaya nə verə biləcəyi ilə bağlı əvvəlcədən hazırlanmış siyahı yoxdur: “O, ehtiyacları müttəfiqlərdən və tərəfdaşlardan, eləcə də ukraynalıların özlərindən eşitmək istəyir”.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə COVID-19 infeksiyasına 19 yeni yoluxma qeydə alınıb

Sonrakı məqalə

Nazir Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib