Nazir Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib

İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də tanımadığı şəxslər tərəfindən qaçırıldığını yazıb.

O bildirib ki, evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilinə yaxınlaşanda zibil qablarının arasından bir nəfərin ona hücum edib,  4 nəfər zorla maşına əyləşdirərək naməlum istiqamətdə aparıblar.

B.Hacıyev həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini vurğulayıb.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovla görüşüb.

B.Hacıyev görüş barədə feysbuk hesabında paylaşım edib.

“Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.

Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”, – o qeyd edib.

O vurğulayıb ki, cinayətkarlar tapılmayana, cəzalanmayana qədər başına gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirib.

Əvvəlki məqalə

20 ölkənin hərbi rəhbərliyi Ukraynaya dəstək üçün toplanacaq

Sonrakı məqalə

Şarl Mişel İlham Əliyevə zəng etdi