Mayın 16-17-də 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məhdudlaşdırma təmir işləri ilə əlaqədardır.
Sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.