Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“20 yanvarda Bakıya ordu yeridən Qorbaçovu dəstəklədik” –

User 14 Yanvar 2024 - 19:54 (Last updated: 02 Dekabr 2025 - 12:48)
tetcer-esas

Otuz dörd il əvvəl Azəraycanda sovet ordusu tərəfindən törədilmiş hərbi cinayət xalqımızın yaddaşında öz ağır izini saxlayır.

1990-cı ilin 20 yanvarında Bakıya soxulan ordu hissələri dinc sakinlərə vəhşicəsinə divan tutdu. İçində uşaq, qadın, qoca olan yüzlərlə adam öldürüldü, minlərlə şəxs yaralandı. SSRİ hakimiyyətinin ən qara səhifələrindən olan Bakı qırğını Azərbaycanın azadlıq mübarizəsini və Qarabağ harayını susdurmaq üçün təşkil edilmişdi.

Bu faciə dünyada böyük rezonans doğursa da böyük dövlətlərin əcaib bir sükutu ilə müşayiət olundu. ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya və digər dövlətlər SSRİ-nin öz vətəndaşlarına qarşı əl atdığı bu cinayətə göz yummağa üstünlük verdilər.

İndi həmin dövrün sənədlərini oxuduqca bu ölkələrin ikili standartlara söykənən mövqeyinin bir daha şahidi olursan.

Bu baxımdan Britaniyanın o zamanı Baş naziri Marqaret Tetçerin 20 yanvar Bakı qırğını ilə bağlı etirafları maraq doğurur.

Qərb ölkələri o zaman sovet islahatçı lideri kimi təqdim etdiyi M.Qorbaçovu SSRİ-dəki yenidənqurma siyasətinin baş tutacağına ümid edirdi.

Azpost.info Britaniyanın o vaxt Baş naziri postunu tutan Marqaret Tetçerin Fondundakı sənədləri araşdırarkən onun Bakı faciəsi ilə bağlı 1990-cı ildə ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrini tapıb.

Tetçer bu açıqlamalarında Azərbaycanda baş verən qırğına “anlayışla” yanaşdıqlarını deyir.

Baş nazir faciəyə İlk münasibətini yanvar qırğınından 4 gün sonra –24 yanvar 1990-cı ildə “Wall Street Journal”-a müsahibəsində bildirib.

SSRİ rəhbərinin yürütdüyü siyasəti dəstəklədiyini bildirən Tetçer deyir ki, “lap əvvəldən onun tamam fərqli bir adam olduğunu” başa düşüb. Bununla Tetçer M.Qorbaçovla 1984-cü ildəki görüşünə işarə vurub.

Daha sonra Tetçer Azərbaycana sovet ordusunun yeridilməsi ilə bağlı M.Qorbaçovun addımını şərh edir.

Baş nazir bildirir ki, guya Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında başlanmış vətəndaş müharibəsi Mixail Qorbaçovu bu addımı atmağa vadar edib: “Azərbaycanlılarla ermənilər arasında vətəndaş müharibəsi sovet ordusunu yeritməyə səbəb olub. Çünki günahsız adamlar zərər çəkirdilər. Heç kim – nə ABŞ prezidenti Buş, nə mən, nə də Fransa prezidenti Mitteran buna görə Qorbaçova etiraz etmədik. Biz bu addımın vacibliyini başa düşürdük”.

Tetçer 23 mart 1990-cı ildə “Der Spiegel” qəzetinə verdiyi müsahibəsində ikili standartların açıq təzahürünə rast gəlirik. Tetçer bu dəfə Pribaltika ölkələrinin SSRİ tərkibindən çıxmaqla bağlı apardığı siyasətinə açıq dəstək verir.

Jurnalistin “Rus tankları Litvaya daxil olsa bunu SSRİ-nin daxili işi hesab edəcəksiniz, yoxsa Britaniya etiraz edəcək?” sualına Tetçerin cavabı maraqlıdır.

Britaniyanın Baş naziri bu dəfə deyir ki, onlar Qorbaçova məsələnin güc yolu ilə həllinin mümkünsüzlüyünü bildiriblər: “Qorbaçov da bizə dedi ki, məsələni güc yolu ilə həll etmək olmaz. Azərbaycana gəlincə, orada vəziyyət vətəndaş müharibəsi həddində idi. Başa düşürsünüz, belə vəziyyətdə ordu hərəkət edirsə hər hansı tənqiddən danışmaq olmaz. Ordunun orda elədikərini heç birimiz tənqid etmədik. Çünki biz bunu başa düşürdük”.

Tetçer bildirir ki, Pribaltika ilə bağlı məsələdə faktlar vacibdir: “Burada məsələ Konstitutsiya ilə həllini tapmalıdır. Biz heç vaxt Litvanın SSRİ tərkibində olmasını tanımamışıq”.

Baş nazir bildirir ki, qarşınızda əgər böyük praktik problem durursa bu zaman sadə suallar verib onun həllinə nail olmaq olmaz. Bəzən sadə suallara verilən cavablar vəziyyəti daha da kəskinləşdirir.

Baş nazir 20 yanvarla bağlı qırğına 1990-cı ilin aprelin 3-də “Hindustan Times”-ə verdiyi müsahibəsində də toxunub.

Jurnalist Pribaltikanın taleyi ilə bağlı Tetçerə “Litvanın müstəqilliyinə qarşı SSRİ zor tətbiq edərsə bu SSRİ-yə edilən yardımlara və texnologiya dəstəyinə təsir edəcək?” sualnı verir.

Britaniya Baş naziri bildirir ki, hər suala baş vermiş vəziyətə uyğun cavab vermək lazımdır: “Məsələn, Azərbaycan və Ermənistan arasında problemlər var idi. Bir mərhələdə belə görünürdü ki, elə bil bu artıq vətəndaş müharibəsinə çevriləcək. Ora ordu göndəriləndə heç kim şikayətlənmədi. Çünki vəziyyət belə yaranmışdı. Bunu biz hamımız anlayışla qarşıladıq”.

Bu müsahibədə diqqəti əsas məqam kimi 1990-cı illərdə Azərbaycanın apardığı azadlıq mübarizəsinin beynəlxalq əks-sədasının hansı meyarlardan asılı olması faktı çəkir. Digər tərəfdən Tetçerin Azərbaycan və Qarabağla bağlı tam məlumatlı olmadığı sezilir.

Bir maraqlı məqam da var: Qərb Azərbaycanda baş verənləri SSRİ-nin “daxili işi” saysa da, Pribaltika məsələsində tam fərqli yanaşma sərgiləyir.

Azərbaycan belə mürəkkəb beynəlxalq münasibətlərin içində keçərək müstəqil dövlət kimi formalaşa bilib.

Tetçer 2-3 ildən sonra Bakıya səfər edərək Britaniya üçün Azərbaycan neftini istəməyə gəlmişdi. O zaman artıq SSRİ dağılmışdı, Qərbin “islahatçı” ulduzu M.Qorbaçov isə pitsa reklamında çəkilirdi.

Qovğalardan keçən Azərbaycan yeni ulduz kimi parlmağa başlayırdı.

Xaqani SƏFƏROĞLU

Azpost.info

AzPost.az

Post navigation

Previous: Almaniya vətəndaşları kansler Şoltsun fəaliyyətini bəyənmir
Next: Yağan qar kənd təsərrüfatına müsbət təsir göstərir

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.