Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“2003-cü ildə Etibar Məmmədov məndən Dövlət Şurası yaratmağı tələb edirdi”-

User 29 Oktyabr 2025 - 13:27 (Last updated: 29 Oktyabr 2025 - 13:28)
isa etibar

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə suçlanan Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubda “Dövlət Şurası” adlı yeni idarəetmə modelindən bəhs edib.

Məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur.

Mehdiyevin məktubu sosial şəbəkələrdə və mətbuatda rezonans doğurub.

Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib ki, məktubun orijinal olub-olmamasından asılı olmayaraq, təqdim edilən model “demokratiya atributları arxasında gizlənən avtoritar sistem” təəssüratı yaradır.

O vurğulayıb ki, “qanunverici, icraedici və məhkəmə hakimiyyətinə nəzarətin Dövlət Şurasına verilməsi” demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir.

Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə Ramiz Mehdiyevin ideyasına oxşar modelin hələ 2003-cü ildə Etibar Məmmədov tərəfindən onlara təklif edildiyini xatırladıb.

“Bu təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli”, – Arif Hacılı bildirib.

Etibar Məmmədov Modern.az-a qısa açıqlamasında Arif Hacılının iddiasını cəfəngiyyat adlandırıb və bu haqda geniş danışmaq istəməyib.

Müsavat başqanı İsa Qəmbər Etibar Məmmədovun belə bir təklif etdiyini təsdiqləyərək, buna aydınlıq gətirib.

O bildirib ki, 2003-cü ilin oktyabrında- prezident seçkilərinə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və onun namizədliyini dəstəkləməsi müqabilində təklif irəli sürüb:

“Məndən seçiləcəyim təqdirdə a) Baş nazir vəzifəsini, b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını, c) onun Dövlət Şurasına sədr təyin edilməsini, d) Xarici İşlər Nazirliyinin və bütün güc strukturlarının Dövlət Şurası sədrinə – yəni ona tabe etdirilməsini və s. tələb etdi. Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun Baş nazir təyin olunmasını məqbul sayıram, digər tələblər isə məntiqə və Konstitusiyaya uyğun deyil”.

İsa Qəmbər deyib ki, onun guya Etibar Məmmədovun bütün təkliflərini qəbul etdiyi və sonra fikrini dəyişdiyi haqda deyilənlər həqiqəti əks etdirmir:

“Mən orda Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi gerçək görünmür. Əlavə etdim ki, hər halda mən bütün bunları Müsavat Partiyasının rəhbərliyində və müttəfiqlərimlə müzakirə edəndən sonra ertəsi gün saat 13:00-a qədər cavab verəcəm. Sabahı gün gündüz saat 13:00-a bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur”.

AzPost.az

Post navigation

Previous: Ombudsman Monteneqroda saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı müraciət edib
Next: İTV-nin “Milyonların şousu”nda 8 min qazanmış Yusif Abdullayev saxlanılıb

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.