Bu il Azərbaycan idman sahəsində 1700-ə yaxın medal qazanıb- Prezident

İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə çıxışı zamanı deyib.

“Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”, – dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

Kür çayının Zərdabdan keçən hissəsində bir nəfər batıb

Sonrakı məqalə

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib