Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

2026-cı ilin dövlət büdcəsi elan olundu –

User 16 Sentyabr 2025 - 11:24 (Last updated: 16 Sentyabr 2025 - 11:24)
1587389687_budce_720
Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0.2, xərclərimiz 0.3 faiz artacaq.
AzPost bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşımında bildirib.
2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq: 2.4 faiz.
Dövlət büdcəsində 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur. Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftinin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir.
Gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 faiz proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımdan təqdirəlayiqdir.
Gələn il müdafiə və milli təhlükəsizlik üçün 8.7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.
Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq.

AzPost.az

Post navigation

Previous: Qarabağ Çempionlar Liqasında ilk oyununa çıxır
Next: III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin sayı açıqlanıb

Oxşar xəbərlər

çay
  • Katogriyasız

Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

User 19 Noyabr 2026 - 09:40
rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05

xƏBƏR

zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ və Avropa ölkələri təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada öz hərbi...
Read more about “Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28
Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri çayın
  • Maraqlı

Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri

User 20 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 20 Noyabr 2026 - 13:10
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi sayt online
  • Media

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

User 20 Noyabr 2026 - 13:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.