Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır

Orkhan Ali 15 İyul 2025 - 20:54 (Last updated: 15 İyul 2025 - 20:54)
Ağdam

Ağdam

“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Nəzərdə tutulan qrafik üzrə əhalinin yaşayış məntəqələrinə köç etməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində jurnalistlərə müsahibəsində deyib.

E.Hüseynov bildirib ki, bu tədbirlər çərçivəsində Ağdam rayonunda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılışı olub və sakinlərin doğma torpaqlarına köçü təmin edilib: “Hazırda Kəngərli və Sarıcalı kəndlərində bu proses başa çatıb. Xıdırlı kəndində isə bu ay ilk 188 ailənin, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçü həyata keçiriləcək. Beləliklə, Ağdam rayonunda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş 5 kənddən 3-də köç təmin edilmiş olacaq. Buna paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək və ümid edirik ki, 2026-cı ilin sonunadək işlər yekunlaşacaq və əhalinin köçü təmin olunacaq”.

O qeyd edib ki, Ağdam şəhərində 2-ci yaşayış kompleksində tikinti işləri sürətlə davam edir və oktyabr ayından başlayaraq ilin sonuna qədər 1268 ailənin köçürülməsi planlaşdırılır. Ağdam şəhərində 4-cü yaşayış kompleksinin də tikintisinə başlanılıb. Bu ay ərzində 5-ci yaşayış kompleksinin, sentyabr-oktyabr aylarında isə 3-cü yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 823 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin layihələndirmə işləri yekunlaşmaq üzrədir. Sentyabr-oktyabr aylarında layihənin tenderə çıxarılması gözlənilir. Ümumiyyətlə, ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq.

“Xocavənd rayonunda da hazırda kəndlərin bərpası və yenidən tikilməsi istiqamətində işlər davam edir. Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya-yol layihələri icra olunmaqdadır. Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi və Tuğ kəndində yaşayış evlərinin bərpası istiqamətində layihələrə başlanılacaq. Xocavənd rayonunun müxtəlif kəndlərində ilin sonuna qədər 1552 ev təmir olunaraq keçmiş məcburi köçkün vətəndaşlara veriləcək”, – deyə o əlavə edib.

AzPost.az

Post navigation

Previous: 65 yaşına çatan müəllimlərlə bağlı rəsmi açıqlama
Next: Qızmar günəş altında işçi işlədən müəssisələr bu halda cərimələnə bilər

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.