“Biz 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı və təsdiqləməyi hədəf qoymuşuq“.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı açıqlayıb.
O, həmçinin şimal və cənub arasında dəmir yolu xidmətinin açılması, sərhədlərin tam açılması və Ermənistan ərazisində neft və qaz boru kəmərlərinin və elektrik xətlərinin çəkilməsi planlarını açıqlayıb.
Paşinyan əlavə edib ki, hakim partiya həmin vaxta qədər Avropa Birliyi ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindədir.