22 yaşlı gənc “Megafun”un binasından özünü ataraq intihar edib –

"Özünüzə yaxşı baxın. Möhkəm olun" (VİDEO)
22 İyun 2021 - 12:17

Xətai rayonunda, “Megafun”un binasında intihar hadisəsi qeydə alınıb.

Araşdırmalar zamanı özünü binadan atan şəxsin 1999-cu il təvəllüdlü Məmmədov Elvin Asəf oğlu olması müəyyən edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

İntihar edən gənc oğlanın məktubu üzə çıxıb.

22 yaşlı E.Məmmədov intihardan öncə məktubunda bu sözləri yazıb:

“Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Bakıda baş verən dəhşətli intihar hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdə 22 yaşlı Elvin Məmmədovun özünü “Megafun”un binasının 15-ci mərtəbəsindən ataraq intihar etdiyi anlar əks olunub. (Lent.az)

Həmin videonu təqdim edirik: