Aİ İsrailin İran konsulluğuna hücumunu şərh etdi

Avropa İttifaqı İsrailin İranın Suriyadakı diplomatik binalarına hücumundan dərin təşvişə düşüb, çünki regionda gərginliyin artmasında heç kim maraqlı deyil.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmətinin sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə deyib.

“Biz İsrailin Dəməşqdəki İran diplomatik binalarına hücumu ilə bağlı təşviş keçiririk. Bu, son dərəcə qeyri-sabit regionda təmkinlilik nümayiş etdirilməlidir, çünki regionda daha da gərginləşmə heç kimin maraqlarına uyğun deyil”, – Stano bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“İsrail və İran arasındakı gizli qarşıdurma açıq müharibəyə keçir” –