27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb –MSK sədri son nəticələri açıqladı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: “11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”. M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb,159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər  sə seçkilərdə iştirakını dayandırıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azəriqaz” mexaniki sayğaclara üstünlük verəcək –

Sonrakı məqalə

Satışda olan trans yağlarla bağlı yeni normativ hazırlanır –