“Azəriqaz” mexaniki sayğaclara üstünlük verəcək –Gələn ildən

Gələn ildən etibarən “Azəriqaz” İstehsalat Birliyi daha çox mexaniki sayğaclara üstünlük verəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu qurğuların digərlərindən əsas üstünlüyü asan istifadədən ibarətdir.

“Mexaniki sayğaclar özləri də elektron tiplidir və heç də digər sayğaclardan seçilmir. Sadəcə onların istifadəsi sadədir və insanları çox da narahat etmir. Əgər vətəndaş istəsə, kart tipli sayğac quraşdırsın, kart tipli sayğac quraşdıracaq, mexaniki istəsə, mexaniki tipli sayğac quraşdıracaq. Yeni nəsil sayğaclara gəldikdə isə, bu istiqamətdə işlər dayandırılmayıb. Sözügedən sayğacların alınması ilə bağlı keçirilən tenderin qalibi müəyyənləşib və o şirkətlə artıq müqavilə bağlanılıb. Pilot olaraq 200 ədəd belə sayğacların tətbiqinə yanvar ayından başlanacaq. May ayından həmin sayğaclar kütləvi tətbiq olunacaq. Ümumilikdə, 240 min belə sayğacların quraşdırılması nəzərdə tutulur”, – deyə R. Əliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yevlaxın sabiq icra başçısı vəfat etdi

Sonrakı məqalə

27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb –