3 ayda neft və qaz satışından 1 milyard 800 milyon manat gəlir gəlib

Bu ilin ilk rübündə Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 mlrd. 803,1 milyon manat olub.

Bu barədə Azpost.info-ya Fonddan bildirilib.

Bu isə ötən ilin eyni dövrünə nisbətən 40,2% azdır.

Qeyd edilib ki, mənfəət neftinin və qazın satışından 1 802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat təşkil edib.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından gəlirləri ötən ilin eyni dövrünə nisbətən 30% azalaraq 1 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə gəlirləri 2 dəfəyə yaxın artaraq 359,6 milyon manata yüksəlib. Ötən ilin ilk rübündə AÇG üzrə gəlirlər 2 001,6 milyon manat, Şahdəniz yatağı üzrə gəlirləri 181,9 milyon manat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.