30 il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin qalıqları Füzuliyə gətirilib- FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Allahverdiyev Şəmsəddin Əvəz oğlunun 30 ildən sonra kütləvi məzarlıqda tapılan meyitinin qalıqları Füzuli rayonuna gətirilib.

Füzuli rayonunun 9-cu Qayıdış qəsəbəsində bununla bağlı mərasim keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin qalıqları rayonun Mahmudlu kəndinin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyul ayının 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. 1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd Rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.

Əvvəlki məqalə

“Estoniyanın ruslarla bağlı son qərarına radikal cavab verilməlidir”

Sonrakı məqalə

Hikmət Hacıyev ABŞ senatoru Menendesə cavab verib –