“30 mindən çox hərbçi itkisi də Rusiyanı dayandırmır” –ZELENSKİ

“Torpaqlarımızın beşdə birini itirsək də, dönüş nöqtəsi yarana bilər” – ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukrayna ərazisinin 20 faizini işğal etdiyini bildirib.

Azpost.info xəbər verir ki, Zelenski bunu videobağlantı vasitəsilə Lüksemburq parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəbhə xəttinin uzunluğu min kilometri keçib: “Biz özümüzü demək olar ki, bütün Rusiya ordusuna qarşı müdafiə etməliyik. Bu təcavüzdə Rusiyanın bütün döyüşə hazır hərbi birləşmələri iştirak edir”.

Zelenski qeyd edib ki, Rusiya Ukrayna ərazisinin beşdə birini işğal etsə də, Kiyev dönüş nöqtəsi üçün imkanlar görür: “Ukrayna silahlı qüvvələri artıq 30 mindən çox işğalçını məhv edib. Bu, Sovet İttifaqının Əfqanıstanda 10 illik müharibədə itirdiyindən, Rusiyanın iki çeçen müharibəsində itirdiyindən dah çoxdur. Lakin bu, Rusiyanı dayandırmır. Bu dövlət daha çox itirməyə, insanları öldürməyə hazırdır. Bir vaxtlar Avropanın ən güclü sənaye mərkəzlərindən biri olan Donbas bu gün sadəcə olaraq viran qalıb. İşğalçılar onun şəhərlərini ard-arda viran qoyurlar. Mariupola baxın. Yarım milyon insan, dinc həyat var idi, mühüm sənaye şəhəri idi. İndi sadəcə yanmış xarabalıqlar var”.

Zelenski əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı bu müharibəsi bütün Avropa üçün həlledicidir: “Bu, dəyərlər müharibəsidir. Biz bu müharibədə qalib gələndə bütün avropalılar öz azadlıqlarından həzz almağa davam edəcəklər. Avropanın olduğu kimi qalması üçün tiranlıq məğlub olmalıdır!”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 7 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Nazirlikdə münaqişə zamanı Qazini qucaqlayan polis kim olub? –