Nazirlikdə münaqişə zamanı Qazini qucaqlayan polis kim olub? –FOTO

Bu gün bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında əvvəlcə etiraz edib, daha sonra qurumun binasına daxil olaraq əlillik təyinatının düzgün aparılmaması ilə bağlı şikayətlərini bildirib. 

Qeyd edək ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə də yayılıb və ciddi müzakirələrə səbəb olub.

Bu müzakirələrdə böyük əksəriyyət nazirlik binasının daxilində olan polis əməkdaşlarının qazilərə qarşı təmkinli davranışını müsbət qiymətləndirib. Polis əməkdaşlarından birinin isə qazilərin gərginliyini azaltmağa çalışması, hətta əsəbi qazini qucaqlayıb sakitləşdirməsi daha çox təqdir olunub.

Bu epizodda yaşananlar – polisin qazini qucaqlayıb sakitləşdirməsi – baş verməsəydi, bəlkə də nazirlik binasında digər xoşagəlməz olaylara da şahid olacaqdıq.

Hiddətlənmiş qaziyə qucaq açmaqla cavab verən, onu bağrına basan və bununla da insani rəftar nümayiş etdirən polis əməkdaşı sosial şəbəkələrdə nümunəvi işçi kimi qiymətləndirilib, onun atdığı addıma görə Daxili İşlər Nazirliyinə minnətdarlıq ifadə olunub.

Modern.az-ın məlumatına görə, “günün fotosu”na həkk olan polis əməkdaşının adı da artıq ictimaiyyətə açıqlanıb.

Bu, 2 yaşında Füzuli rayonundan köçkün düşən, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Əvvəlki məqalə

“30 mindən çox hərbçi itkisi də Rusiyanı dayandırmır” –

Sonrakı məqalə

“Ukraynadakı vəziyyətlə bağlı bəzi ölkələrdə aclıq riski yaranıb” –