Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qədim dünyanın sirrini gizlədən 3000 illik xəritə – VİDEO

User 08 Yanvar 2025 - 13:10 (Last updated: 21 May 2025 - 20:15)
xerite uc min il

Təxminən 3000 ilədək yaşı olduğu güman edilən və alimlərin fikrincə, dünyanın ən qədim xəritəsi kimi qəbul edilən bu tarixi abidə nəhayət deşifrə edilib. Belə ki, bu qədim Babildən olan gil lövhədə tanış bir hekayə danışılır.

AzPost bildirir ki, Böyük Britaniya Muzeyi təxminən 3000 il yaşı olduğu deyilən, qədim dünyanın əks olunduğu Babil xəritəsinin uzun illər gizli qalan sirrini həll edə bilib.

Coğrafi və mifoloji obyektlərin sxematik təsvirləri, həmçinin akkad dilində mətni olan gil lövhə dünyanın ən qədim xəritəsi hesab olunur. Bu qədim xəritə İraqın Əbu Həbbə Sippar şəhərində tapılıb və nadir tapıntı 1882-ci ildən İngiltərəyə gətirilib. Gil lövhə bu günə qədər Böyük Britaniya Muzeyində saxlanılır.

Yer adlarının formasına əsaslanan, İmaqo Mundi kimi tanınan artefakt eramızdan əvvəl 7-ci əsrə aiddir. Bu gil lövhədə çox şərti formada Mesopotamiyanın xəritəsi var: Fərat düzbucaqlı ilə göstərilib, eləcə də kiçik dairələr, həmçinin düzbucaqlılar müxtəlif şəhərləri, yaşayış məntəqələrini və Babili təmsil edir. Bütün bunlar xəritə üzərində “acı çay” adlandırılan halqalarla əhatə olunub ki, bu da “duz su” mənasını verir. Yazılarda nəzərdə tutulan həmin su ərazilərinin Aralıq dənizi ilə Fars körfəzi olduğu deyilir.

Muzey işçisi, qədim mixi yazı mütəxəssisi olan İrvinq Finkel xəritəni belə izah edib: “Bu pasta diaqramı, tarixilik baxımından çox qiymətli olan qədim xəritə insanların yaşadığı, çiçəkləndiyi və həmçinin öldüyü bütün məlum dünyanı ehtiva edir”.

Xəritənin üstündə və planşetin arxasında dünyanın yaradılmasını və müəllifin onun hüdudlarından kənarda olan, səkkiz uzaq bölgəni əhatə etdiyinə, yəni gil lövhənin üzərində iş aparan adamın inancını təsvir edən mixi yazının bir neçə bəndi də var.

Bu qədim abidənin 1995-ci ildə tapılmış, daha öncə məlum olmayan digər hissəsi alimlərə mətni deşifrə etməyə çox kömək edib. Burada həm də, bizim eradan əvvəl 1800-cü ildə baş vermiş tufan haqqında Bibliya hekayəsinin Babil versiyasından bəhs edilir. Rəvayətdə deyilir ki, Allahın göstərişi ilə padşah Utnapiştim böyük bir gəmi tikdi və həmin gəminin qalıqları “acı çayın” arxasındakı dağın yamacında tam təhlükəsiz qorunub saxlanıldı.

3000 il yaşı olduğu söylənilən və həm də üzərində mixi yazısında təsvirlər olan bu gil lövhə, həmçinin qədim dünya xəritəsi qiymətli tarixi məlumatlarla yanaşı eləcə də babillilərin yaradılış tanrısı Marduka, əqrəb adama, Anzu adlı şir başlı quş kimi digər mifik canavarlara olan inancları da təsdiqləyir.

 

Post navigation

Previous: Afrikada gəmidəki girovların 18-i Azərbaycan vətəndaşıdır
Next: Zaqatalada yeni doğulan körpə ölüb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.