35 nəfər etnik qazax Əfqanıstandan tarixi vətənləri Qazaxstana gətirilib

10 Sentyabr 2021 - 07:43

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, sentyabrın 9-da 35 nəfər etnik qazax Əfqanıstandan tarixi vətənlərinə gətirilib.

Kabildən Almatı hava limanına ümumilikdə 41 sərnişin gəlib. Onlar karantin rejimi ilə əlaqədar bir müddət təcrid olunacaqlar.

Təxliyə uçuşu Taliban rejimi ilə razılaşdırılaraq təşkil edilib. Qazaxıstanın Kabildəki səfirliyi əvvəlki reimdə fəaliyyət göstərir və Əfqanıstanda yaşayan qazaxlarla daim əlaqə saxlayır.

Xatırladaq ki, avqustun 18-də Qazaxıstan 25 vətəndaşını Əfqanıstandan təxliyə etmişdi.

Əfqanıstandakı vəziyyətlə əlaqədar, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) və digər beynəlxalq təşkilatların ofisləri müvəqqəti olaraq Kabildən Almatıya köçürülüb.